BAKI, 26 noyabr. TELEQRAF

“Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.

Bu barədə Teleqraf-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik."-məlumatda bildirilib.