BAKI, 26 noyabr. TELEQRAF
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1774,9 min nəfər olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.