BAKI, 19 noyabr. TELEQRAF
Kriptovalyuta bazarında aparıcı aktivlərin qiymətlərində artım qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarında bildirilib.
Məlumata görə, 18 noyabr saat 00:41-ə olan qiymətə əsasən, "Bitcoin" 1,48% bahalaşaraq 92 916 ABŞ dollarına yüksəlib. Daha sonra, 01:42-də artım tempi zəifləyib və "Bitcoin" 92 732 dollar (+0,91%) səviyyəsində qeydə alınıb.
“Binance” məlumatına əsasən, "Ethereum" da artım nümayiş etdirib. Saat 00:41-də ETH 5,19% bahalaşaraq 3 136 dollara çatıb, 01:42-də isə qiymət 3 109 dollar (+3,32%) olub.
Kriptovalyuta bazarının ümumi kapitallaşması isə 19 noyabr tarixində 3,19 trilyon dollar təşkil edib. Bunun 58,4%-i (1,858 trln $) "bitcoina", 11,8%-i (376,9 mlrd $) isə "Ethereum"a məxsusdur.