İSMAYILLI, 18 noyabr. TELEQRAF
Lahıc Tarix-Mədəniyyət Qoruğunda yeni parkinq sahəsi inşa edilir.
Teleqraf-ın Lahıca ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında bildirib.
Lahıcda turistlərin çoxluğu səbəbindən avtomobillərin əraziyə girişinə məhdudiyyət tətbiq edilib ki, bu da uzun müddətdir park etmə çətinliyi yaradır. Məhz buna görə burada daha böyük parkinq zonası salınması barədə qərar qəbul olunub. Hazırda tikinti və bərpa işləri son mərhələsindədir. Məqsəd turist nəqliyyatını qoruğun girişində saxlamaq və ərazidə piyada hərəkətinin daha rahat təşkilinə nail olmaqdır”– deyə o qeyd edib.