BAKI, 14 noyabr. TELEQRAF

Salyanda əlillər və şəhid ailələri üçün 1,2 milyon manata mənzillər satın alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi müsabiqə elan edib.

Müsabiqənin şərtlərinə görə, rayonda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 9 ədəd ikiotaqlı, 6 ədəd isə üçotaqlı mənzil satın alınacaq. Mənzillər 1 milyon 258 min 425 manata başa gələcək.