BAKI, 7 noyabr. TELEQRAF
"Hazırda "Bakı Metropoliteni" QSC-də tətdiq edilən interval texniki baxımdan mümkün olan ən minimal həddədir. Lakin gələcəkdə xətlərin ayrılması nəzərdə tutulub. Bunun özü də bir neçə mərhələyə bölünür".
Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib:
"Birinci mərhələdə fiziki olaraq xətlər bir-birindən ayrılmalıdır. İkinci mərhələdə intervalın azaldılması üçün infrastruktur yaradılmalıdır. Bunun üçün "İçərişəhər" stansiyasının arxasında dalanın tikintisi planlaşdırılıb. Layihə təsdiqlənib və yaxın vaxtlarda inşaat işlərinə başlanacaq. Və yaşıl xəttin müstəqil olacağından artıq “Xətai” stansiyasından sonrada qatarların stansiyanın arxasından dönüb geri qayıtması üçün lazım olan infrastruktur olunmalıdır. Bu isə layihə üzrə “Xətai” dən sonra ikinci stansiyada olacaq. Dövlət proqramına uyğun olaraq 10 yeni stansiya inşa olunmalıdır. Onlardan 2si məhz həmin istiqamətdə yerləşir və bu istiqamətdə də layihələndirmə işləri başa çatdırılıb. Xəttlərin trasları bəllidir. Sonuncu olaraq stansiyaların yerlərinin tam olaraq dəqiqləşdirilərək onun rəsmiləşdirilməsi ondan sonra qanunvericiliyin tələblərinə uyğun inşaat işlərinə başlanılması nəzərdə tutulub. Bütün bu proselərin hamısı 2026 cı ildə aktivləşdiriləcək."
Onun sözlərinə görə, yeni dalan qatarlar arasında intervalın azaldılmasına şərait yaradacaq, layihənin reallaşdırılması sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək:
"Görüləcək işlər stansiyanın fəaliyyətinə və sərnişinlərin təhlükəsizliyinə təsir göstərməyəcək. Qatarlar əvvəlki kimi "İçərişəhər" stansiyasına daxil olub sərnişinləri daşıyacaq. Əsas məsələ tam təhlükəsiz şəraitdə infrastrukturun yenilənməsini təmin etməkdir." -deyə o qeyd edib.