BAKI, 1 noyabr. TELEQRAF

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturan daxil olmayan, tabeliyindəki qurumların bina və tikililərində təmir işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, müvafiq işlərin icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin "Tikinti-Təchziat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ( MMC) "S.H. İnşaat Xidməti" MMC ilə 2 milyon 363 min 695,32 manat dəyərində müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, “S.H. İnşaat Xidməti” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Qanuni təmsilçisi isə Heydərov Səməd İsmayıl oğludur.