BAKI, 22 oktyabr. TELEQRAF

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,6 faiz azalaraq 1 milyon 605 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22 faiz, İrana gedənlərin sayı 2,6 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 30,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,4 faiz azalıb. Azərbaycan vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycanlıların böyük əksəriyyəti hava nəqliyyatından istifadə edib. - 70,6 faiz.

Digərlərinin 27,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.