BAKI, 22 oktyabr. TELEQRAF

Səhər saatlarında ucuzlaşan qızıl sonradan qiymət artımı nümayiş etdirib.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.81% artaraq 4142 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.33% yüksələrək 48.34 ABŞ dolları təşkil edib.

***

03:44

2025-ci ilin dekabrında çatdırılması nəzərdə tutulan qızıl və gümüş fyuçerslərinin qiyməti 5 faizdən çox azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Nyu-York Əmtəə Birjası "Comex" məlumat yayıb.

Bakı vaxtı ilə saat 00:25-ə olan məlumata əsasən, qızılın qiyməti $4 136,8 təşkil edib (-5,11%). Daha sonra saat 03:18-ə qiymət $4 130-a qədər düşüb (-5,33%).

Eyni zamanda, gümüş fyuçerslərinin qiyməti də 5,61% azalaraq $47,95 səviyyəsinə enib.

Qızılın tarixi maksimumu 17 oktyabr 2025-ci ildə qeydə alınıb, o zaman qiymət $4 392-a çatmışdı. Gümüş isə 16 oktyabr 2025-ci ildə $53,765 səviyyəsinə qədər yüksələrək tarixi rekord müəyyən etmişdi.