BAKI, 20 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) gəmilərindən 83 m³ plastmas, 414.2 m³ qida qalığı, 434.7 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 35.6 m³ istismar tullantısı, 184.2 m³ neft qalığı-şlam, 2663.5 m³ döşəməaltı lyal su, 73419 m³ məişət təsərrüfat çirkab su təhvil verilməklə ərazidən kənarlaşdırılıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 14 ton yanmış qəlib qumu, 1406.8 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 59045 ton məişət çirkab suyu, 1123.9 ton neftli döşəməaltı-lyal su, 157.5 ton sürtgü yağı, 3413.3 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 482 m³ qida qalığı, 166.8 m³ polimer əsaslı və plastmas tullantı, 71 m³ yağlı və neftli tullantı, 102.8 m³ rezin tullantı, 170.6 m³ istismar tullantısı, 0.084 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə 0.66 ton kağız, 0.58 ton plastmas, 14.9 ton qara metal, 5.4 ton əlvan metal təkrar emala göndərilib.