BAKI, 16 oktyabr. TELEQRAF
Bu ilin doqquz ayında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 6 milyard 698 milyon 557,55 min dollar, xam neftin dəyəri isə 8 milyard 938 milyon 864,59 min dollar təşkil edib.
Gömrük rəqəmlərinə əsasən hesabat dövründə 18 milyard 527 milyon 807,87 min kubmetr həcmində təbii qaz ixrac edilib. İxrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 1,1 % az, dəyəri isə 10,2 % çoxdur. Azərbaycanın ümumi ixracında təbii qazın payı 36 % təşkil edib.
İxrac edilən neftin həcminə gəlincə, 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları satılıb. Bu da 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə dəyəri ifadəsində 18,8 % azdır. Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48,04 % olub.