BAKI, 15 oktyabr. TELEQRAF

"Müalicə məqsədi ilə ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir. Xüsusilə Naftalan istiqamətində postsovet ölkələrindən gələn turistlərin sayında artım var. Prezident İlham Əliyevin Naftalan nefti və sağlamlıq turizminin inkişafı ilə bağlı imzaladığı sərəncam çərçivəsində müalicə xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir."

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov sağlamlıq turizmi konfransı zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın illərdə Azərbaycan özünəməxsus müalicə paketləri və xidmət keyfiyyəti ilə regionda seçilən sağlamlıq turizmi mərkəzinə çevriləcək.

“Xarici pasiyentlər üçün təkcə müalicə deyil, eyni zamanda səyahət və istirahət imkanları da vacibdir. Biz istəyirik ki, Azərbaycanda müalicə ilə yanaşı, qonaqpərvərlik, mədəniyyət və turizm təcrübəsini bir arada təqdim edək,” -deyə o əlavə edib