BAKI, 15 oktyabr. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.02% ucuzlaşaraq 2.9980 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 1.04% bahalaşıb. Beləliklə, qazın meqavat-saatı 31.80 avro olub.