BAKI, 6 oktyabr. TELEQRAF

"Buta Sığorta və Təkrar Sığorta Brokeri" QSC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Qeyd edək ki, "Buta Sığorta və Təkrar Sığorta Brokeri" 2019-cu ilin aprel ayında dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 000 manat təşkil edir.