BAKI, 6 oktyabr. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1,47 faiz artaraq 3943.23 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1,19 % artaraq 48.561 ABŞ dolları təşkil edib.