ASTARA, 3 oktyabr. TELEQRAF

Sım kəndində istehsal olunan bal, suvenir və s. kimi aqroturizm məhsulları turistlərə təqdim olunacaq.

Teleqraf-ın Astaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kənddə bünövrəsi qoyulan satış köşkündə yerli məhsulların satışı həyata keçiriləcək:

"Məhsulların həm də mini sərgisi keçiriləcək. Layihəyə artıq start verilib. İlin sonuna kimi başa çatması nəzərdə tutulur".