BAKI, 29 sentyabr. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.95% artaraq 3804.46 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.29% artaraq 46.713 ABŞ dolları təşkil edib.