BAKI, 29 sentyabr. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.61% azalaraq 3.1545 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility” (TTF) virtual platformasında qazın meqavat-saatının dəyəri 0.74% artaraq 33.14 avro təşkil edib.