BAKI, 27 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 175 milyon 866,37 min ABŞ dolları dəyərində kosmetik vasitələr, efir yağları, ətir və tualet vasitələri idxal edilib.
Teleqraf Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.
Hesabat dövründə bu kateqoriyadan olan məhsulların idxalı ümumi idxalın 1.17 faizini təşkil edib.
Azərbaycandan xaricə ixrac olunan kosmetik vasitələr, efir yağları, ətir və tualet vasitələrinin dəyəri isə 792,01 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə ölkəyə toplam 252 milyon 927,29 min ABŞ dolları dəyərində ətir, kosmetik vasitələr, efir yağları və tualet vasitələri idxal edilib.