BAKI, 26 sentyabr. TELEQRAF

Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evi təmir ediləcək.

Teleqraf xəbər verir ki, təmir işlərinə 1 milyon 485 min 243 manat xərclənməsi nəzərdə tutulub.

Görüləcək işlərin sifarişçisi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdir.