BAKI, 25 sentyabr. TELEQRAF

Qubadlı rayonu Mahruzlu kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su,kanalizasiya,qaz xətləri, elektrik, yolrabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, sözügedən işlərlə əlaqədar “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi "AMAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən "AMAL GROUP" MMC görəcəyi təmir işlərinin qarşılığında 23 milyon 782 min 656 manat alacaq.

Müvafiq işlərin görülməsinə bu ayın 19-dan start verilib, gələn ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "AMAL GROUP" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.