BAKI, 24 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında Bakıda sənayedə istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 34 milyard manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Sənaye məhsulunun 74,2 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,8 faiz təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-i vəziyyətinə 461,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 99,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.