BAKI, 23 sentyabr. TELEQRAF

Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri ilə bağlı daha 4 şirkətlə ümumi dəyəri 42 milyon 608 min 386 manat olan müqavilələr imzalanıb.

Teleqraf xəbər verir ki, sözügedən işlərlə əlaqədar “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi" “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 417.029,11 AZN, “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 675.786,24 AZN ilə, "Victory Construction" MMC ilə 825.277,6 AZN-lik, “TƏMƏL TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 406.902,294 AZN-lik müqavilələr bağlayıb.

Hər bir müqavilə üzrə işlərin görülməsinə bu ayın 18-dən start verilib, dekabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl də “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri ilə bağlı 8 şirkətlə də müqavilə imzalayıb.