BAKI, 18 sentyabr. TELEQRAF
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.08 ABŞ dolları, yaxud 0.11% artaraq 70.76 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.