BAKI, 16 sentyabr. TELEQRAF

Aqrar Sığorta Fondu indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edib.

Fonddan Teleqraf-a verilən məlumata görə, üzüm sahələri üzrə sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib.

Ən böyük ödəniş isə 154 min 420 manatla Şamaxı rayonunda həyata keçirilib.

Qeyd edək ki, 1000 manatlıq üzüm məhsulunu sığorta etmək fermerə Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir və Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında isə cəmi 15,70 manata başa gəlir.

Aqrar Sığorta Fondu vasitəsilə təkcə üzüm məhsulunu deyil, üzüm tinglərini və ayrıca olaraq bar verən üzüm kollarını da sığorta etmək mümkündür.