BAKI, 9 sentyabr. TELEQRAF

Xəzər Dəniz Gəmiçiliyinin ( ASCO)“Kəlbəcər” tankeri vasitəsilə 384 min 443 ton neft və neft məhsulu daşınıb.

ASCO-dan Teleqraf-a verilən məlumata görə, ötən dövr ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib.

Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7,800 ton, uzunluğu 141, eni 16.9 metrdir.

Qeyd edək ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan “Kəlbəcər” 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Onu da əlavə edək ki, ümumilikdə indiyədək BGZ-də ASCO üçün dörd tanker tikilib və təhvil verilib, daha üç tankerin inşası isə hazırda davam etdirilir.