BAKI, 5 sentyabr. TELEQRAF

London birjasında 2025-ci ilin noyabrında çatdırılacaq "Brent" markalı neftin fyuçerslərinin qiyməti cari ilin avqustundan bəri ilk dəfə olaraq bir barel üçün 66 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, "Brent” neftinin fyuçerslərinin qiyməti 1.97% azalaraq 65.67 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 2.16% azalaraq 62.12 dollar təşkil edib.