BAKI, 4 sentyabr. TELEQRAF
Bu gün hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus 28 nəqliyyat vasitəsi satılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, avtomobillər üzrə hərrac rəqabətli olub.
Hərracda Hyundai və bir ədəd Fiat Doblo markalı nəqliyyat vasitələri 7 200 manatdan 21 800 manata kimi dəyişən qiymətlərlə satılıb. Nəqliyyat vasitələrinin buraxılış illəri 2013-2020-ci illəri əhatə edir.
Qeyd edək ki, cari ay ərzində növbəti hərraclar 9, 16, 23 və 30 sentyabr tarixlərində keçiriləcək.