BAKI, 3 sentyabr. TELEQRAF
Qızılın qiyməti bu gün də tarixi yüksəlişini davam etdirərək 3.600 dolları keçib.
Teleqraf xəbər verir ki, buna bazarlarda davam edən qeyri-müəyyənlik və ABŞ Federal Ehtiyat Sisteminin bu ay faiz dərəcələrini azaldacağına dair artan investor inamı fonunda qiymətli metala tələbin güclənməsi səbəb olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.31% artaraq 3.603 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.13% artaraq 41.64 ABŞ dolları təşkil edib.