BAKI, 1 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında “Türk axını” qaz kəməri vasitəsilə Avropaya qaz ixracı 11,5 milyard kubmetrə çatıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artım deməkdir.

Təkcə avqust ayında “Türk axını” ilə Avropaya ixrac edilən qazın həcmi 1,56 milyard kubmetr təşkil edib. Bu da ötən ilin avqust ayı ilə müqayisədə 5,5% artım, lakin cari ilin iyul ayına nisbətdə 2% azalma deməkdir.

Hesabat dövründə boru kəmərinin Avropa istiqamətində orta günlük yüklənməsi 50,2 milyon kubmetr təşkil edib. Bu göstərici 2024-cü ilin avqust ayı ilə müqayisədə 5,5%, cari ilin iyulu ilə müqayisədə isə 2,3% aşağı düşüb.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə Qara dəniz vasitəsilə uzanan “Türk axını” qaz kəmərinin illik ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Kəmər həm Türkiyə, həm də Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qazla təmin olunması məqsədilə istismara verilib. Hazırda, Ukrayna üzərindən tranzitin dayandırılması fonunda, “Türk axını” Rusiyadan Avropaya qaz nəqlinin sonuncu aktiv marşrutu olaraq qalır.

Qaz axınının başlanğıc nöqtəsi isə Krasnodar diyarının Anapa rayonunda yerləşən “Russkaya” kompressor stansiyasıdır.