BAKI, 1 sentyabr. TELEQRAF

Qiymətli metallar bazarında ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz endirimləri ilə bağlı gözləntilər gümüşün kritik həddə bahalaşmasına səbəb olub.

Teleqraf xəbər verir ki, gümüşün unsiyası 2011-ci ildən bəri ilk dəfə 41 dolları ötüb.

Bu ilin əvvəlindən etibarən gümüşün qiyməti 40% artıb. Paladium və platində də bahalaşma müşahidə edilib.