BAKI, 27 avqust. TELEQRAF

İndiyədək Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya ötürülən Azərbaycan qazının həcmi 50 milyard kubmetrə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiye” məlumat yayıb.

Qeyd edək ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı TANAP ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür. TANAP-ın illik ötürmə gücü hazırda 16 milyard kubmetrdir və 31 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.