BAKI, 26 avqust. TELEQRAF

Bu ilin ilk 6 ayında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda fermerlərə aqrar sığorta ödənişləri edib.

Teleqraf xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Belə ki, ötən ilin yanvar–iyun aylarında aqrar sığorta ödənişləri 37 rayonda həyata keçirilib.

Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən – Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Xocalı, Beyləqan, Şəki, Samux, Sabirabad, Qax, Balakən, Yevlax, İsmayıllı, Kürdəmir, Zaqatala, İmişli, Qobustan, Goranboy, Bərdə, Xocavənd, Göyçay, Ağdam, Şamaxı, Xaçmaz, Qəbələ, Şəmkir, Yardımlı, Astara, Qusar, Neftçala, Oğuz, Zərdab, Masallı, Lerik, Ağdaş, Xızı, Cəbrayıl, Cəlilabad və Siyəzən rayonlarına ödənişlər edilib.

Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 55% çoxdur. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib.