BAKI, 25 avqust. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılmasına 1 milyon 35 min 196 manat vəsait ayırıb.
Teleqraf xəbər verir ki, tikinti-quraşdırma işləri "AZ TECHNOCON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Müvafiq işlərin icrasına bu gündən başlanılıb, oktyabr ayına qədər bitməyi nəzərdə tutulur.
Qeyd edək ki, "AZ TECHNOCON GROUP" MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Acalov Elşad Ağakişi oğludur.