BAKI, 25 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, cari ilin ilk 7 ayında xarici bazarlara təxminən 313 milyon dollar dəyərində meyvə ixrac olunub.
Bu dövrdə meyvə ixracının dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan məbləğdən 7,2 dəfə çoxdur.
Qeyd edək ki, 2024 -cü ildə Azərbaycanda meyvə bağlarının salınmasına ümumilikdə 38 milyon 220 min manat subsidiya ayrılıb. Eyni zamanda ötən il xarici bazarlara 496 milyon 989.7min manatlıq meyvə ixrac edilib.