BAKI, 22 avqust. TELEQRAF
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması üçün 9 milyon 793 min 19 manat məbləğində vəsait xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu məqsədlə qurum tender elan edib və hazırda podratçı şirkət axtarışındadır.
Tenderdə iştirak etmək istəyənlər üçün təkliflərin təqdim olunması üçün son tarix 22 sentyabr olaraq müəyyən edilib.
Elə həmin gün tender zərflərinin açılması da nəzərdə tutulur.