BAKI, 22 avqust. TELEQRAF
Nyu-Yorkun "The Commodity Exchange" (COMEX) əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.30% azalaraq 3,371 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.17% azalaraq 38 ABŞ dolları təşkil edib.