BAKI, 21 avqust. TELEQRAF

İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1 811 kilometr uzunluğunda marşrutla 83 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiye” məlumat yayıb.

Bildirilib ki, qazın 34 milyard kubmetri Türkiyəyə, 49 milyard kubmetri isə Avropaya çatdırılıb.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Azərbaycan qazını Bakından İtaliyaya qədər uzanan kəmərlə daşıyır.