BAKI, 18 avqust. TELEQRAF
Bu gün Salyanın Abad kəndində qaz kəsiləcək.
"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Salyan rayonu Abad kəndində kənd bələdiyyəsinin müraciəti əsasında şor kollektorunun qazılmasına maneə yaradan qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə bu gün saat 10:30-dan etibarən işlər başa çatanadək Abad kəndində (ümumi 671 abonentin) qaz təchizatı dayandırılacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.