BAKI, 15 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 693,4 ton mis konsentratı istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalda 15,1 dəfə artım olub.
Avqustun1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 255,3 ton təşkil edib.