BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 21 milyon 553,9 min ton neft nəql edilib. Nəqletmənin 75 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 milyon 156,1 min ton neft ötürülüb.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, dövr ərzində BTC ilə nəql edilmiş neftin 83,6 faizini və ya 13 milyon 510,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,4 faizini və ya 2 milyon 645,9 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.