BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar- iyul aylarında magistral qaz kəmərləri ilə 23 milyard 423,8 milyon kub-metr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azdır.

Qazın nəqlinin 56,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 13 milyard 217,2 milyon kub-metr qaz ötürülüb.