BAKI, 15 avqust.TELEQRAF
Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.
ASCO-dan Teleqraf-a verilən məlumata görə ötən il fevralın 23-də dövriyyəyə buraxılmış ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində olan istiqrazlar sahiblərinə 1,5 milyon ABŞ dolları qazandırıb.
Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb.
İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.