BAKI, 14 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Naxçıvanda daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528 torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan qeyri-yaşayış binalarınının sayında 43,3%, torpaq sahələrinin sayında 0,7%, fərdi yaşayış və bağ evlərinin sayında 7,1%, əmlak kompleksi kimi müəssisələrinin sayında 9% artım olub.
Hesabat dövründə, həmçinin vətəndaşlardan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xidmətə 3624 elektron müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% çoxdur.