BAKI, 7 avqust. TELEQRAF

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 36 milyon dollar, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin hesabatında qeyd olunub.

Hesabat dövründə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr təşkil edib.

Xatırladaq ki, bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.