BAKI, 7 avqust. TELEQRAF
Avropanın lokamativi olan Almaniyada sənaye istehsalı 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, iyunda sənaye istehsalı may ilə müqayisədə 1,9% azalıb.
Ən ciddi azalma maşınqayırma (mənfi 5,3%), əczaçılıq (mənfi 11%) və qida sənayesində (mənfi 6,3%) qeydə alınıb. Energetika sahəsində isə əksinə, 3,1% artım müşahidə olunub.
May ayı üçün əvvəlki göstəricilər də yenidən qiymətləndirilib və istehsal artımının əvvəlki hesablamalardan fərqli olaraq 1,2% yox, yalnız 0,1% olduğu məlum olub. Bu dəyişiklik avtomobil sənayesindən daxil olan düzəliş edilmiş məlumatlarla əlaqələndirilir.