BAKI, 31 iyul. TELEQRAF

Bu gün Lənkəran rayonunun bəzi kənd və qəsəbələrində işıq olmayacaq.

"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Hirkan" hava xəttində bu gün təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Qurumdan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.