BAKI, 29 iyul.TELEQRAF

İyun ayında Azərbaycana gələn turistlərin sayı azalıb

Turizm Agentliyindən “Teleqraf”a verilən məlumata görə, 2025-ci ilin iyun ayında Azərbaycana 237 509 nəfər xarici turist səfər edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında isə ölkəyə 265 549 turist gəlib.