BAKI, 23 iyul. TELEQRAF
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda gözləyən yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 2, “Samur” gömrük postunda isə 65 yük maşını növbədə gözləyir.
Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” gömrük postunda 15 yük nəqliyyat vasitəsi çıxış üçün növbədədir.
Ən böyük sıxlıq isə “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Burada 1053 yük maşını çıxışa icazə almaq üçün növbəyə dayanıb.
İran İslam Respublikası ilə sərhəddə isə “Biləsuvar” gömrük postunda 55, “Astara” gömrük postunda isə 63 yük maşını çıxış növbəsində gözləyir.