BAKI, 21 iyul. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17 faiz ucuzlaşaraq 3.3956 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0,81% azalıb. Beləliklə, qazın meqavat-saatı 33.60 avro olub.